Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

Ordumuz Zəngəzurdakı bu göl ətrafında da MÖHKƏMLƏNDİ- FOTOLAR / VİDEO

“Ermənistan son müharibədə təslim olduqdan sonra Sünik mərzindəki Qafanın Nor Araçadzor qəsəbəsi yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin dayaq məntəqələri yerləşdirilib”.
KAİM.az Moderator.az-a istinadən xəbər verir ki, bunu qəsbkar ölkənin Panorama.am nəşri yazır.
“Həmin ərazidə David-Bek su anbarı və ya yerli sakinlərin dediyi kimi “Engels gölü” də var. Ötən ilin yaz-yay mövsümündə  bu göl yaxınlığında çox sayda istirahət edənlər olurdu. Ancaq indi insanlar asudə vaxtlarını burada keçirməkdən qorxurlar, çünki düşmən çox yaxındadır.
David-Bek su anbarının direktoru Engels Tumanyan Zangezur.TV-yə verdiyi müsahibədə gölün ətrafının əvvəllər şənlik olduğunu, insanların qorxmadan buraya gəldiklərini söyləyib. “Amma indi türklər yaxında yerləşdikləri üçün insanlar buraya gəlməkdən qorxurlar”-deyə direktor bildirib”- erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button