Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

General Muradov Xankəndi ermənisinin evinə niyə getdi? – FOTO

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanlığı 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarını Qələbənin 76-cı ildönümü münasibətilə təbrik edib.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, Rusiya Qəhrəmanı, general-leytenant Rüstəm Muradov Böyük Vətən müharibəsi veteranı və eyni zamanda Xankəndi şəhəri Veteranlar Şurasının sədri Sergey Eremoviç Barseqyanı təbrik etməyə gedib:

Loading...
Yazının davamı reklamdan sonra

“Sergey Eremoviç 1943-cü ildə çağırılıb və 1-ci Ukrayna Cəbhəsində xidmətə gedib. Ukrayna və Çexoslovakiyanın azad edilməsində iştirak edib və yalnız 1946-cı ildə vətənə dönüb”.

Qeyd olunub ki, bu ərəfədə Rusiya sülhməramlı kontingentinin komandanlığı Xankəndi şəhərində yaşayan 11 veterana baş çəkib. Onlara qırmızı qərənfil buketləri və rus sülhməramlıları tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim edilib. / modern.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button