Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

Xalq hərəkatı vaxtı “Qarabağı sahibinə geri verin” – deyən Nikolun ƏSL HƏDƏFİ…

Corc Sorosun adamı olan Nikol Paşinyanın Kremlin adamı sayılan Serj Sarkisyanı çevriliş yolu ilə devirərək hakimiyyətə gəldiyi hamıya məlumdur. Nikol Paşinyan çevriliş və ümumxalq hərəkatı zamanı hər dəfə tribunalarda Serj Sarkisyana “Qarabağı sahibinə geri verin” deyərək öz mövqeyini qəti şəkildə ortaya qoyurdu. Nikol Paşinyan öz xalqına biruzə verməsə də, Qarabağdan qurtulmaq istəyirdi. Paşinyana görə, Qarabağ Ermənistan üçün artıq yük idi. Qarabağı Azərbaycana geri verməklə həm artıq yükdən xilas olmaq, həm Rusiyanın qapazaltısına çevrilməkdən qurtulmaq, həm də ölkəsinin üzünü Rusiya tərəfdən çevirib Avropa İttifaqına inteqrasiya etmək istəyirdi. Çünki Rusiya Qarabağı geri verməklə qorxudaraq indiyə kimi Ermənistanı öz asılılığında saxlayırdı.

İkinci Qarabağ savaşının başlanmasına yaxın Nikol Paşinyan qəsdən “Qarabağ Ermənistandır”! kimi sərsəm açıqlaması ilə Azərbaycan xalqını sanki cin atına mindirmiş oldu. 27 sentyabr – 10 noyabr – İkinci Qarabağ savaşında müzəffər ordumuz bütün ətraf rayonları və Qarabağın bir hissəsini azad etməklə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nikol Paşinyan istəyinə tam çata bilmədi. Çünki, Rusiya Nikolun bu planına zərbə vuraraq Ağdərə, Xocalı, Xankəndi və Xocavəndə həm öz sülhməramlılarını yeridərək Qafqazda zəiflədiyi mövqeyini yenidən müvəqqəti də olsa gücləndirdi, həm də Nikol Paşinyana artıq yük saxlamış oldu.

Son zamanlar Azərbaycan-Ermənistan sərhəddində baş verənlər: Azərbaycan əsgərlərinin Qaragölü nəzarətə götürməsi, Vardenis istiqamətdə bir neçə mövqedə irəliləyərək nəzarətə alması, Rusiyanın isə Paşinyanın reytinqini aşağı salmaq üçün bu olaylara göz yumması və sair olaylar Nikol Paşinyanın KTMT-yə müraciət etməsi ilə nəticələndi. Əslində Nikol Paşinyan antirus siyasəti yeridirdi və özü Qərbyönümlüdür. Kreml isə Paşinyanı gözdən çıxarıb öz “adam”larını gətirməklə Ermənistanda zəiflədiyi mövqeyini gücləndirmək istəyir. Paşinyan buna görə də, Rusiyanın lideri olduğu KTMT-nin Ermənistana hərbi yardım göstərməyəcəyini bilə-bilə qəsdən müraciət etdi. Çünki əgər o seçilsə, məğlubiyyətin günah keçisi olaraq Rusiyanı hədəf taxtasına qoyacaq. Daha sonar isə, “Rusiya Ermənistana heç bir yardım etmədi” deyərək həm Rusiyanı öz cəmiyyətinin gözündən salacaq, həm KTMT-dən çıxış biletini almış olacaq, həm də Aİ-yə inteqrasiyasını sürətləndirəcək. Bununla da Rusiyanı Qarabağda çətin vəziyyətə salaraq, sülhməramlıların orada olmasını sual altına salmağa məcbur edəcək. Rusiya isə bunların baş verəcəyindən əmindir və Nikol Paşinyanın seçilməməyi üçün əlindən gələni ardına da qoymur. Bizi qarşıda çox çətin sınaq gözləyir və inanıram ki, Azərbaycan bu sınaqdan üzüağ çıxacaq və heç kimin  bundan əsla şübhəsi də yoxdur.

Fazil Bayramov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button