Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan yenə SARSAQLADI: “Azərbaycan parlament seçkilərinə təsir göstərmək istəyir”

“Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün Azərbaycan sərhəddə gərginlik yaradır”.
KAİM.az xəbər verir ki, bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi partiyanın fəalları ilə görüşdə səsləndirib.
Paşinyan deyib ki, “Azərbaycan təxribat xarakterli hərəkətləri ilə seçkilərin konkret nəticəsini əldə etməyə çalışır”.
P.S. Ölkə daxilindəki siyasi böhranı həll edə bilməyən Nikol Paşinyanın Azərbaycanın guya sərhəddə gərginlik yaratdığı ilə bağlı səsləndirdiyi fikirlər həyasızlığın pik həddidir. Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra biri-birini ittiham edən erməni siyasətçilər çıxış yolu tapa bilmirlər. Artıq bütün dünya bilir ki, sərhəddə gərginliyi Paşinyanın partiyasının yenidən qalib gələcəyindən ehtiyat edən erməni müxalifəti, radikal qruplaşmalar yaradır. Son vaxtlar baş qərargahlarının da, digər hərbi qrumlarının  və ekspertlərinin də verdiyi məlumatlar bir daha onu göstərir ki, Ermənistanda kimlərəsə tabe olan müxtəlif hərbi birləşmələr var. Həmin hərbi birləşmələr Paşinyan tərəfindən idarə edilmir. Hələ də Köçəryan-Sarkisyan cütlüyünə tabe olan bəzi hərbi rəhbərlər sərhəddə təxribatlar törədir, gərginlik yaradır, Azərbaycanın həyata keçirdiyi delimitasiya və demarkasiya işlərinə mane olmağa çalışırlar. Radikal qruplaşmalar istəyir ki, ümumiyyətlə, seçki keçirilməsin. Seçkinin təxirə salınması üçün onlar Ermənistan ərazisində fövqəladə vəziyyət tətbiq etmək istəyirlər. Paşinyanın isə bütün bunları bilə-bilə bu məsələdə Azərbaycanı günahlandırması bir daha onu göstərir ki, erməni Baş nazir doğrudan da başını itirib.
Azərbaycan öz qanuni haqqını tələb edir, sərhədlərini müəyyənləşdirir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Ermənistandakı bugünkü xaosun bütün gühanı elə onların özlərindədir. Ölkə rəhbərliyinin də dəfələrlə qeyd etdiyi kimi, bizim heç kimin torpağında gözümüz yoxdur, ancaq bircə qarış torpağımızı da heç kimə verməyəcəyik.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button