Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan NATO ilə KTMT arasında VURNUXUR: İrəvan həşir qoparır…

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla NATO və KTMT arasında vurnuxur. “Yeni Müsavat” yazır ki, rəsmi İrəvan gah Rusiyanı köməyə çağırır, gah Azərbaycan – Ermənistan sərhədini NATO qüvvələrinin qorumalı olduğu təklif edir. Lakin hər iki hərbi alyansdan Paşinyanın çağırışlarına dirsək göstərilməkdədir. Ermənistan rəhbərliyi anlamır ki, üçtərəfli razılaşmaya əsasən sərhədlərin dəqiqləşdirilməsi prosesi getməlidir və heç də bu ölkənin suverenliyinə zidd addım atılmır, Azərbaycan sərhədçisi onların torpaqlarına daxil olmur.
Sadəcə, sovet dövrünün xəritələrinə istinadla sərhədlər çəkilməlidir. Bu zaman iki addım irəli, bir addım geri normal prosesdir. Digər tərəfdən, sərhəd məsələlərini həll etmək heç də NATO və KTMT-nin səlahiyyətində deyil. Paşinyan 10 noyabr sənədini oxuyub, bu sazişdə müddəalarla tanış olub və sonra imza atıb. Odur ki, indi həşir qoparmaq, qiyyə çəkmək, hərbi alyansları dəvət etmək mənasızdır. Bu bir-birinə zidd qüvvədən imdad istəmək, yardım gözləmək panikanın göstəricisidir. Ermənilər hansısa biclik etdiyini düşünə bilərlər, fəqət heç də hər şey onların ağlı ilə ölçülmür.
Yəni əvvəlcə Rusiyadan kömək istəmək, bu dəstək olmayanda NATO-ya üz tutmaq, onu hansısa formada Cənubi Qafqaza gətirməyə cəhd etmək Ermənistanın çabaladığını nümayiş etdirir. Əgər Paşinyana NATO lazımdırsa, o, çoxdan regiondadır. Belə desək, Türkiyənin timsalında Qərbin hərbi alyansı bölgəyə yerləşib, Azərbaycandadır.
O baxımdan Ermənistan tərəfinin hərbi alyanslara ardıcıl müraciətlərinin bir əhəmiyyəti yoxdur. KTMT əvvəldən bəyan edib ki, Ermənistanın ərazilərinə təhdid yoxdur, olarsa, müdaxilə edə bilər.
Paşinyan KTMT-ni TƏNQİD ETDİ | KONKRET
Ancaq Paşinyan bu məsələdə hiylə işlədir. O, KTMT-dən hər dəfə rədd cavabı almaqla erməni cəmiyyətinə və dünyaya göstərir ki, bu alyansdan çıxmaq lazımdır, Rusiya bizi dəstəkləmir, Qərbə inteqrasiya etməliyik.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a dediyinə görə, Paşinyan bu addımı ilə KTMT-dən qopmaq istədiyinə eyham vurub: “Ancaq o, Rusiya ordusunun Ermənistan sərhədlərini qorumasına etiraz etmədiyini də vurğuladı. Ona indiki məqamda belə lazım idi. Çünki seçki yaxınlaşır, KTM-dən yardım gəlməyəndə NATO-ya müraciət edir. Əslində istədiyinə də etdi. Ona lazım idi ki, sərhəd qorunsun. Bu dəfə gördük ki, Rusiyanın gəlməyinə razı oldu. Yəni demək istədi ki, rus ordusunun sərhədlərimizi qorumasını qəbul edirik. Rusiyanın Ermənistandakı səfiri də demişdi ki, sərhədləri rus qoşunları qoruya bilər. Ancaq bütün bunlar Paşinyana seçkiqabağı lazım idi”.
Ramiyə Məmmədova: “Türkiyənin daxili siyasi vəziyyəti sabit olaraq qalır”
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, seçkidən sonra Ermənistanın hansı yolu tutacağını görəcəyik: “Rusiya nə olursa-olsun Gürcüstan kimi onu tamamilə itirməyə imkan verməyəcək. Bu məsələdə İrəvana Tiflisdən daha çox təzyiq etmək rıçaqları var. İstər Qarabağ məsələsi, istər Xankəndindəki separatçı rejimin taleyi, Rusiyada yaşayan ermənilərin həyatı, Gümrüdə hərbi baza, Erebunidə aviabaza Kremlin əlini gücləndirən faktorlardır. Ona görə Paşinyan ölkəsini Qərbə tərəf aparmaq istəsə belə, tam qoparmaq mümkün olmayacaq”.
Rusiyalı mütəxəssis Qriqori Trofimçuk Ermənistanın tert.am saytına müsahibəsində deyib ki, KTMT ilə əlaqələr və bu quruma müraciətlər artıq işə yaramır: “Buradakı problem İrəvandan göründüyü kimi Moskvada deyil. Məsələ burasındadır ki, həm rəsmi Nur-Sultan, həm də rəsmi  Minsk Azərbaycanla müharibə etmək və ya ən azından qarşıdurma yaratmağa razı deyillər. Həm də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova bildiridi ki, Ermənistan-Azərbaycan  sərhədində yaranan gərginliyin Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur.Amma bir  mütəxəssis olaraq  KTMT-nin öz nüfuzunu qurban verməyini  anlamıram”.
Bu gün Nikol Paşinyan rəsmi olaraq KTMT Kollektiv Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədrinə müraciət etdi
Ekspertin sözlərinə görə, Paşinyan gizli şəkildə BMT-nin himayəsi altında Qarabağa hərbi kontingent göndərməyi planlaşdırırsa, o zaman rəsmi olaraq bildirməlidir ki, KTMT və Rusiya sülhməramlılarından heç nə istəmir: “Bu bəyənatı verəndən sonra nə qədər istəyirsən ”artıq KTMT istəmirəm, NATO istəyirəm” desin.
Konkret olaraq BMT Təhlükəsizlik Şurasından danışırıqsa, Paşinyan bilməlidir ki, orada Rusiya da var. Bir şeyi başa düşün. BMT-yə müraciət etmək Ermənistan üçün “qırmızı xətt”in keçilməsi deməkdir. Bundan sonra çətin ki, Ermənistanın mövqeyi yaxşılaşa bilər. Bütün bunlar rəsmi Moskvanın xoşuna gəlməyəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button