Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Hərbi çeviriliş gözlənilir: Paşinyan üçün yolun sonu – MİLLƏT VƏKİLİ

“Rusiya Prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan və Ermənistan arasında olan münaqişəyə müdaxilə etməyəcəyi ilə bağlı açıqlaması tamamilə düzgün qərardır”.

Bu sözləri KAİM.az-a millət vəkili Vahid Əhmədov deyib. O, Putinin açıqlamsının beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirib:

“KTMT-nin münaqişəyə müdaxilə etməsi, beynəlxalq hüququn pozulması anlamına gələrdi. Çünki hazırda müharibə Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir. KTMT o vaxt məsələyə qarışa bilər ki, üzvlərinin hər hansısa birinin ərazisinə müdaxilə olsunsun. Azərbaycan Ermənistan ərazisinə heç bir müdaxilə etmir. Biz öz ərazilərimizdə antiterror əməliyyatları həyata keçiririk. Bu baxımdan beynəlxalq hüquqla Rusiya Ermənistana heç bir yardım göstərə bilməz.

Loading...
Yazının davamı reklamdan sonra

Putinin bu açıqlaması bir daha göstərdi ki, Paşinyan siyasi arenada zəif adamdır və onun dünya siyasətindən başı çıxmır.

Yəqin ki, Azərbaycan qələbə qazandıqdan sonra Ermənistanda da müəyyən bir çevriliş hadisələri baş verəcək və Paşinyan vəzifədən uzaqlaşdırılacaq. Hesab edirəm ki, Rusiyanın siyasi rəhbərliyi də məhz bunu istəyir”.

Mahir Xəttab

Redaktor.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button