Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan silahlıları Qarabağa YERLƏŞDİRDİ: Hər şeyə YENİDƏN BAŞLAYIRLAR

Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərə müxtəlif ölkələrdən olan muzdlu döyüşçülər cəlb edir. Muzdlu döyüşçülər Ermənistan və Qarabağda təlim düşərgələrinə gətirilir, daha sonra cəhbəyə göndərilir. Muzdlulara təlim keçirilməsini təşkil edən təşkilatlardan biri də VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır.

Son məlumatlara görə Qarabağda yerləşdirilən milis VOMA qrupu, ASALA terror təşkilatının ruhunu diriltməyə çalışır.


KAİM.az xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən təqaüddə olan palkovnik Ədalət Verdiyev bildirdi ki, VOMA Ermənistan və Qarabağdan kənarda Türkiyənin varlığını hədəf alan hücumlar və hərəkətlər həyata keçirməyə hazırlaşır.

Hərbi ekspert Ədalət Verdiyev Qars təlimindən danışdı: Yeniliklərə hazır olun! - YouTube

“Yerevanda ordu böhranı davam edərkən, Ermənistan Qarabağda Azərbaycan ordusuna hücum etməyə hazırlaşır. 1990-cı illərdə olduğu kimi Qarabağın hələ də Ermənistanın işğalı altında olan hissəsində geniş miqyaslı qırğına hazırlıq görülür. Mərkəzi Xankəndində olan VOMA, müxtəlif bölgələrdə gizli düşərgələr inşa edir. Onlar hərbi təlimlə yanaşı, ideoloji cəhətdən də hazırlanırlar. Onların təlimlərində əsas məqsəd türk düşmənçiliyidir”.

– Bəs bu təşkilatları maliyyə baxımdan təmin edən kimdir və məqsədləri nədir?

“ASALA və Yekrepah kimi erməni təşkilatlarından başqa PKK yaraqlıları da bu terror təşkilatını fəal şəkildə dəstəkləyirlər. Maliyyə mənbələri Ermənistan dövləti tərəfindən qarşılanır. Müntəzəm ordu və döyüş taktikası xaricində hərbi təhsil alırlar. Məqsədləri, 1990-cı illərdə olduğu kimi türkləri vətənindən və yurdundan mülki şəxslərə və kütləvi qətllərə qarşı terror fəaliyyətləri ilə yerlərindən salmaqdır”.

Ədalət verdiyev bildirdi ki, Qarabağ müharibəsindən sonra bitirən razılaşmaya əsasən, erməni işğalı altında qalan bütün şəhərlərdən silahlıların bölgəni tərk etməsinə qərar verilsə də Ermənistan öz mənfur siyasətini bu məqamda da yerinə yetirmiş oldu. Belə ki, Rusiya silahların və erməni terrorçularının bölgədə qalmasına icazə verdi.

“Ermənistan ordusunun məğlubiyyətindən sonra bölgədə qalan bütün yüngül və ağır silahlar çıxarılmalı olan bu erməni silahlılarına təhvil verildi. Lakin bu kifayət olmadı. Laçın dəhlizi Qarabağın xarici aləmlə əlaqəsi olan yeganə kanaldır. Bura Rusiyanın nəzarəti altındadır və bütün silahlar, döyüş sursatları və yaraqlılar elə Rusiyanın himayəsi altında bu bölgədən Qarabağa daxil olurlar. Rusiyanın Ermənistana verdiyi dəstəklə bağlı daha bir təəccüblü məqama da Gümrüdəki 102-ci Rusiya hərbi bazasının Qarabağa köçürülməsi ilə bağlıdır”.

Palkovnik qeyd etdi ki, beynəlxalq AKKA müqaviləsinə görə, Azərbaycan və Ermənistanın hərbi ehtiyatlarında 220 tank ola bilərdi. Lakin rəsmi məlumatlara görə, ikinci Qarabağ müharibəsində 310 erməni tankı məhv edildi. Azərbaycan ordusu 65 tankı zədələnmədən ələ keçirdi və 40 tank Ermənistan tərəfində qaldı. Başqa sözlə, Ermənistan bölgəyə 400-dən çox tank gətirdi. Bu tanklarla yanaşı bir çox elektron avadanlıq, radio sistemi, minaatan və raketlər Rusiyaya məxsus idi və birbaşa Ermənistan ordusuna verildi. Onların əksəriyyəti Rusiyanın Ermənistandakı 102-ci Rusiya hərbi bazasından gətirilib – deyə Ədalət Verdiyev bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button