Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan: “Şuşa qəsdən təslim edildi” – “Bəli, ƏSAS XAİN ODUR…”

Ermənistanın baş naziri vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” blokundan baş nazirliyə namizəd Nikol Paşinyan Lori vilayətinin  sakinləri ilə görüşündə   işğalçı ölkənin terrorçu eks- prezidenti, “Ermənistan” blokundan baş nazirliyə namizədi Robert Köçəryanın Şuşanın qəsdən təslim edilməsi haqda şübhələrinə münasibət bildirib.
KAİM.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Paşinyana görə, bir çoxları, o cümlədən Ermənistan daxilində olanlar, erməni tərəfinin son müharibədə qalib gəlməməsi üçün mümkün olan hər şeyi ediblər.
“Əlbəttə, Şuşa qəsdən təslim edildi. Çünki Şuşanı müdafiə etmək əvəzinə sizlər hücum etmək üçün Respublika Meydanındakı hökumət binasını mühasirəyə aldınız. Bəs niyə Şuşanın təslim olmasını gözlədiniz?” – deyə Nikol Paşinyan sual edib.
Paşinyan əlavə edib ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Şuşanın təslim olma əmrini kimin verdiyini söyləməlidir. “Yəni mən də əmr verdim, o da?” –  deyən Nikol  seçicilərdən birinin əsas xainin  icraçının olması iradına cavab olaraq söyləyib: “Bəli, əsas xain odur”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button