Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan Rusiyanı “barmağında dolayıb” – Moskva hələ indi bilir ki, Qarabağda…

“Erməni tərəfi Rusiyaya minalanmış ərazilərin xəritəsi olmadığını bildirib”.

KAİM.az xəbər verir ki, bu açıqlamanı erməni polkovniki Boris Avagyan “Hraparak” la söhbətində deyib.
Avagyana görə, Rusiya tərəfi xəritələrin hamısını gətirməyi planlaşdırırdı, ancaq Ermənistan tərəfi belə xəritələrin olmadığını söyləyib.

“Mina tarlaları xəritəsinin tarixi ilə bağlı sual, Muradovun Rusiya Müdafiə Nazirliyi adından bütün hərbi əsirləri həmin xəritələrlə mübadilə etməsi barəsindədir.

Ermənistan Müdafiə Nazirliyi belə bir xəritənin olmadığını bildirdi. Sonra məlum olur ki, Paşinyan həmin xəritələri götürüb. Mən bu xəritələrlə əlaqədar Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin mərkəzi ofisi ilə əlaqə saxlayıb soruşdum ki, belə bir xəritə varmı? Onların cavabı birmənalı olaraq “Yoxdur” oldu. İndi məlum olur ki, Nikol Paşinyan xəritələri gizli şəkildə toplayıb altına qoyaraq, 7 ay sonra ortaya çıxarıb, bəzi kiçik qruplarla mübadilə etməyə başlayıb.”

Erməni general deyir ki, seçki kampaniyası dövründə 15 nəfərlik bir qrupla mübadilə edilən xəritələr 100 milyon dollara başa gəlib.

“Əslində Nikolun ucbatından, həmin insanlar 7 ay orada qaldılar. Rusiya tərəfi təəccüblənir, deyirlər ki, bunu yəni xəritələri Baş nazir Lavrov verib. Bəs, Lavrov hansı ölkənin Baş naziridir? Yəni Lavrov, xüsusi gizli sənədləri ötürür və bu xəritəni kimə verdiyini bilmir?” – Avagyan belə deyib. \ metbuat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button