Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Köçəryandan ŞOK AÇIQLAMA: “Rus sülhməramlıların müddəti artırılmalıdır ki, Qarabağı GERİ ALAQ”

“Qarabağla bağlı formulumuz belədir ki, əgər biz uzunmüddətli sülh istəyirksə, o zaman güclü ədalətsizlik olmaması barədə qərar qəbul etməliyik. Mənə elə gəlir ki, bütün danışıqlar DQMV-nin əvvəlki sərhədlərinin bərpası üzərində razılığa gəlinməsi istiqamətində qurulmalıdır”.

KAİM.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan “RİA Novosti” Agentliyinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, ermənilərin bununla bağlı ciddi arqumentləri var. “Bu da xalqların öz müqəddəratlarını təyin etmə ilə bağlıdır. Danışıqlar üçün xüsusi perspektiv görürəm. Bu formatda danışıqlar üçün hələlik Minsk Qrupu əlverişlidir. Hadisələr Rusiyanın prosesdə dominant rola sahib olmasına gətirib çıxarıb. Hazırda Rusiya Minsk Qrupu çərçivəsində liderliyə sahibdir”.

Koçaryan 44 günlük Qarabağ müharibəsi barədə də danışıb. O deyib ki, müharibəni saxlamaq olardı. “Birincisi, müharibəni uduzmamaq üçün onu dayandırmaq mümkün idi. Belə imkanlar var idi. Bu olduqca səviyyəsiz idarəetmənin nəticəsi idi. Rusiya prezidentinin müharibənin dayandırılması üçün təşəbbüsləri olmuşdu. Səhv etmirəmsə oktyabrın 19-da. Ermənistan tərəfi bəlli olmayan səbəbdən bu təklifi qəbul etmədi. Motiv də o idi ki, Paşinyan bu addımı atsaydı, onu düzgün başa düşməyəcəkdilər və xain elan edəcəkdilər. Lakin əvəzində daha çox şey itirdi. Bu gün də ona satqın deyirlər”.

“Müharibə vaxtı Qarabağn müstəqilliyini tanımaq üçün yaxşı imkan var idi. Siz hakimiyyətə gələcəyiniz təqdirdə, belə bir addım atacaqsınızmı” sualına cavab olaraq Koçaryan deyib ki, müharibə gedən ərəfədə belə bir addım heç nəyi dəyişməyəcəkdi. “Müharibə vaxtı tanınsaydı, nə dəyişəcəkdi ki? Döyüşmək lazım idi. Cəbhəni qorumaq və gücləndirmək lazım idi. Geri çəkilməmək, hamısını birdən verməmək lazım idi. Düşünmürəm ki, bu nəyisə dəyişəcəkdi. Biz Qarabağın müstəqilliyini tanımadıq. Çünki müharibənin başlanmasını istəmirdik. Hazırkı hakimiyyət isə problemi xalqların öz müqəddəratını təyin etmək mərhələsindən Azərbaycanın ərazi bütövlüyü məsələsinə gətirib çıxarıb. Deyə bilmərəm ki, bunu şüurlu şəkildə və ya axmaqlıqdan ediblər. Lakin bu edilib və Azərbaycanın hərbi kampaniya aparmasını legitimləşdirdi. Təbii ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Onun sözlərinə görə, Qarabağda Azərbaycanın hərbi əməliyyatlara başlamasını Ermənistan hakimiyyəti təhrik edib. O deyib ki, bir sıra addımlar var idi ki, İrəvan onları atmamalıydı:

“Məsələn, Şuşada andiçmə mərasimi keçirmək lazım deyildi. Onlar başa düşürdülər ki, Şuşa Azərbaycanın ən həssas yeridir. Elə şeylər var ki, həmin addımları atmaq lazım deyil. O addımları ki, heç bir ümidə gətirub çıxarmır. Amma danışıqlar yolu ilə nəyəsə nail olmaq olar”.

Koçaryan onu da deyib ki, o hakimiyyətdə olanda Qarabağ məsələsinin həllinə yaxın olub.

“Danışıqlar zamanı biz bəzi güzəştlərə getməklə çox şeyə nail ola bilərdik. Hakimiyyətdə olan zaman üç dəfə belə şansım oldu. Lakin hər üç sənədi qəbul etmədim”.

Rusiyanın Qarabağdakı rolundan bəhs edən erməni hərəkat rəhbəri bildirib ki, Moskva ən qarışıq zamanda fövqəladə səviyyədə iştirak edib. “Bir tərəfdən Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər tərəfdən isə Minsk Qrupunun vasitəçilərindən biridir. Eyni zamanda, Rusiya Azərbaycanla qonşu ölkədir. Moskva Bakı ilə dost münasibətləri qurmağa çalışır. Vəziyyət çox qəlizdir. Ermənistanın gözlənitisi o idi ki, Rusiya bu vəziyyətdə istədiyini edə bilər. Rusiya tərəfinin əsas işi müharibəni dayandırmaq idi ki, bunu da bacardı. Rusiya üçün yaxşı bir həll yolu yox idi”.

Koçaryan deyir ki, hazırda Qqarabağda elə ciddi toqquşmalar baş vermir. O, bunu Rusiyanın özünə hörməti kimi qiymətləndirir. “Hazırda görüntü belədir. Lakin sülhməramlıların mandatı 5 il üçün nəzərdə tutulub. Bax, bu ən böyük problemdir”.

Ermənistanın sabiq prezidenti hesab edir ki, Qarabağda Rusiya sülhməramlılarına verilən mandat müddətsiz olmalıydı. “4 il yarımdan sonra Azərbaycan Rusiyanın ərazidən çıxmasını tələb edə bilər. Və Rusiya da bununla razılaşaraq, çıxıb gedəcək. Bu isə o deməkdir ki, Qarabağın horizontda görünən aqibəti bu müddətlə əhatələnib. Qeyri-müəyyənlik odur ki, insanlar gələcəklərini qurmağı planlaşdıra bilmirlər. Eyniylə Ermənistan və Qarabağdakı hakimiyyətlər kimi”. / jamaz.info

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button