Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Ermənilərdən HƏDSİZLİK – Harutyunyan Qarabağda referendum keçirmək QƏRARINA GƏLDİ

Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Harutyunyan referendum keçirmək qərarı verib.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın öndəgedən xəbər portalı “News.am” məlumat yayıb.

Məlumatda deyilir ki, “Qarabağa etimad referendumu” adını daşıyacaq səsvermə ilə bağlı xəbəri Harutyunyan bu gün Xankəndidə təyin etdiyi mitinqdə açıqlayacaq.

Sayt yazır ki, Arayik Nikol Paşinyanın Ermənistanda son qələbəsindən sonra həvəslənərək, özünün Qarabağdakı “hakimiyyətinin” legitim olmasını sübut etməyə çalışır.

Xatırladaq ki, dünən Xankəndidə bir qrup erməni Arayik Harutyunyanın istefa verməsi tələbi ilə etiraz aksiyası keçirib.

Bu gün saat 18:00-da isə Arayik Xankəndidə mitinq təyin edib və hamını ora dəvət edib.

O bəyan edib ki, bütün məsələlərlə bağlı açıq danışacaq və hamının suallarını cavablandıracaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button