Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! “Qarabağa Rusiyanın 15 minlik hərbi kontingenti YERLƏŞMƏLİDİR” – Ruslardan YENİ OYUN

“Təmas xəttində olan sülhməramlılar hərbi toqquşmalara reaksiya verməyə və onları dayandırmağa borcludurlar”.

KAİM.az xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında “Rusiya zabitləri” ictimai təşkilatı ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev son günlər Şuşa ətrafında atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.

Bununla belə, hərbi ekspert təmas xəttində çox az sayda rus sülhməramlı olduğundan Qarabağdakı hazırkı vəziyyətdə operativ müdaxilə məsələsinin texniki cəhətdən həll edilə bilinməyəcəyini hesab edir.

“Xatırladığım qədər, bu əməliyyata yalnız toqquşmaların baş verə biləcəyi əsas nöqtələrin “bağlanması”na imkan verən 1,5 minə qədər sülhməramlı cəlb olunur. Belə bir heyətlə böyük vəzifələr həll edə bilməz. Nəticə əldə etmək üçün 15 min əsgərdən ibarət bir kontingent lazımdır” – deyə A.Perenciyev vurğulayıb.

Eyni zamanda o, hadisənin üçtərəfli razılaşmalar əsasında Azərbaycana məxsus olan Şuşa şəhəri ərazisinə keçən erməni diversiya qrupunun fəaliyyətinin nəticəsi olduğunu da istisna etməyib.

“Sülhməramlılar kiçik mobil hərbi qrupların nüfuzunun qarşısını ala bilmirlər, buna görə də toqquşmalar baş verir. Tərəflərdən birinə məxsus ərazinin dərinliyində bir toqquşma baş veribsə, sülhməramlılar reaksiya göstərə bilər. Amma praktikada bu, çox nadir hallarda edilir – təyyarələr və helikopterlər daha çox istifadə olunur”- deyə Rusiya hərbi eksperti bildirib.

Analitik əlavə edib ki, belə imkan olsa da, atışma zamanı obyektlər və insanlar zərər görməyibsə, sülhməramlılar buna reaksiya göstərmirlər.

/ moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button