Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Əliyevlə görüşdən sonra Putinin Paşinyana zənginin SƏBƏBLƏRİ – RAZILAŞMA

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Kremldə görüşdükdən sonra balans pozulmasın deyə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışıb. Yayılan xəbərlərdə tərəflərin regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə etdiyi bildirilib.

KAİM.az xəbər verir ki, bu sözləri politloq Elxan Şahinoğlu deyib.

“Nikol Paşinyan Putinlə telefon söhbətindən əvvəl gün ərzində hökumətin iclasını keçirib və deyib ki, Azərbaycanla sülh danışıqlarına başlamağa hazırdır. “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti ölkəmiz və bölgə üçün dinc inkişaf dövrü başlatmaq vəzifəsini yerinə yetirməkdə qərarlıdır”, – deyə, Nikol Paşinyan qeyd edib.

Paşinyan başqa hoqqa çıxarmasa hökumətini formalaşdırdıqdan sonra dediyini etməlidir, əks halda bölgədə vəziyyət sabitləşməyəcək və Azərbaycan Ermənistanı psixoloji və hərbi təzyiq altında saxlamaqda davam edəcək. Elə bu gün Daşkəsəndə AvTV-yə müsahibə verən prezident İlham Əliyev Azərbaycanın müəyyən qədər Ermənistanın siyasi gündəminə təsir etdiyini bildirib. Zəngəzur dəhlizi mövzusunun gündəmdə qalması bunun tərkib hissəsidir”. //Azadinfo.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button