Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Putin-Paşinyan danışıqlarının DETALLARI – Kreml Zəngəzur dəhlizinin açılmasını İSTƏYİR

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

KAİM.az xəbər verir ki, telefon danışığı Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən 2 gün sonra baş tutub.

Ermənistanın “Joğovurd” qəzeti məsələyə diqqət çəkərək, Putinin hər iki ölkə lideri ilə ikitərəfli əməkdaşlıqla yanaşı, regional kommunikasiyaların açılması, delimitasiya və demarkasiya proseslərini müzakirə etdiyini vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Sərhəd gərginliyi fonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqları diqqət çəkir. Sərhədyanı işlərin aktivləşdirilməsi, rus sərhədçilərinin bölgəyə yerləşdirilməsi və Qazaxla Naxçıvanın anklav kəndlərinin qaytarılması fonunda məsələ diqqət çəkir. Ermənistanın taleyinin ölkədən kənarda həll olunması barədə təəssürat yaranır və bizdən heç nə soruşan yoxdur”, – deyə qəzet yazır.

“Joğovurd” qəzeti Putinin Zəngəzur dəhlizi və üçtərəfli razılşamanın digər bəndlərinin icrası üçün Paşinyana təkid etdiyini də diqqətə çatdırıb.

/ modern.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button