Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Marneulidə məktəbəqədər hazırlıq kursları məzunlarının buraxılış tədbiri KEÇİRİLİB – FOTO

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) məktəbəqədər hazırlıq kursları ilə bağlı həyata keçirdiyi növbəti layihəsi uğurla yekunlaşıb.

Bu münasibətlə GAİM-də kurs iştirakçılarının əyləncəli buraxılış tədbiri təşkil edilib. Tədbir zamanı birillik kursun məzunları öz məharətlərini müəllimlərinə və valideynlərinə nümayiş etdiriblər. Onlar mahnılar, rəqslər ifa edib və müxtəlif şən oyunlar oynayıblar.

KAİM.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə tədbir kurs iştirakçılarına GAİM-in sertifikatlarının təqdim olunması ilə başa çatıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2019-cu il 3 aprel tarixindən fəaliyyətə başlayan GAİM gerçəkləşdirdiyi müxtəlif layihələrlə soydaşlarımızın rəğbətini qazanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button