Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Leyla Abdullayevadan Ermənistan XİN-ə cavab

“Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir”. 

“Kainat” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in 30 iyul tarixli açıqlamasına dair şərhində deyib. Onun sözlərinə görə, 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir:

“Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?!

Loading...
Yazının davamı reklamdan sonra

Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button