Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Şuşaya 24 ölkədən 72 soydaşımız gedib – Fotolar

Xaricdə yaşayan və yay mövsümündə Azərbaycanda olan bir neçə soydaşımız diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərinin təşkil edilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

“Kainat” xəbər verir ki, komitə soydaşlarımızın müraciətini nəzərə alaraq və bu yay daha çox diaspor nümayəndəsinin ölkədə olmasından istifadə edərək onların Şuşa şəhərinə bir günlük səfərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında təşkil edilən səfərə 24 ölkədən 72 soydaşımız qatılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Diaspor nümayəndələri ölkəmizin mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalan və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət edib, qədim Azərbaycan şəhərinin bir sıra görməli yerləri ilə tanış olublar.

Soydaşlarımız əfsanəvi Cıdır düzünə gedərək orada Azərbaycan bayrağını dalğalandırıblar.



Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button