QAFQAZ XƏBƏRLƏRİ
Rusiya Minsk Qrupundakı həmsədrini dəyişdi

Rəsmi Moskva ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib.
“Kainat” Rusiya mediasına istinadən xəbər verir ki, İqor Popovu 59 yaşlı diplomat İqor Xovayev əvəzləyib. Xovayev 2015-2020-ci illərdə Rusiyanın Filippindəki səfiri olub.
Qeyd edək ki, İqor Popov 2010-cu ildən həmsədr vəzifəsini yerinə yetirirdi.
Mənbə
KAİM.AZ