Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

XİN-dən Ermənistanın təxribatlarına daha bir — Reaksiya

“Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun mövqeləri Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu hissəsində yenidən atəşə məruz qalıb”.

“Kainat” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva öz tviter hesabında yazıb.

“İki hərbçimiz yaralanıb. İki dövlətin sərhədində gərginliyin artırılması ilə bağlı məsuliyyət tam olaraq Ermənistanın üzərinə düşür”, – deyə L. Abdullayeva qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

“Biz Ermənistanı yeni region reallıqlarını qəbul etməyə, hərbi təxribatlara son qoymağa və sərhədin delimitasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır. Ölkəmizin ərazi bütövlüyünə qarşı istənilən addım qətiyyətlə cavablandırılacaq”, – deyə XİN rəsmisi əlavə edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button