Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistanda yeni nazirlər təyin olundu

Ermənistan Prezidenti Armen Sarkisyan altı nazir və bir Baş nazirin müavininin təyin olunması ilə bağlı sərəncamlar imzalayıb. 

“Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Mqer Qriqoryan Nikol Paşinyanın təklif etdiyi kimi Baş nazirin müavini təyin olunub.

Sərəncamlara əsasən, Vaan Kerobyan iqtisadiyyat naziri olaraq vəzifəsində qalıb. Bununla yanaşı, təhsil, mədəniyyət, elm və idman naziri Vaqram Dumanyan, fövqəladə hallar naziri Andranik Piloyan və səhiyyət naziri Anait Avanesyan da həmçinin tutduqları vəzifələrdə qalıb. 

Loading...
Yazının davamı reklamdan sonra

Bildirilir ki, ölkənin sabiq ombudsmanı Karen Andreasyan ədliyyə naziri təyin olunub. 

A.Sarkisyanın digər sərəncamına əsasən, ölkənin keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri olub. O 2020-ci ilin noyabr ayinda vəzifəsini tərk edib. 

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkissian avqustun 2-si Nikol Paşinyanın Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button