bannerQAFQAZ XƏBƏRLƏRİ
SON DƏQİQƏ:Ermənilər Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçdi

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.
Bu barədə KAİM.Az-a Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.