Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Arayik Arutyunyan Qarabağda SES tikintisinə 25 milyon dollar VƏSAİT AYIRDI

Erməni seperatçıları Qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində Su Elektrik Stansiyası ( SES ) tikmək qərarına gəlib.

KAİM.az xəbər verir ki, bu barədə saxta “prezident” Arayik Arutyunyan öz “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, SES enerji təminatını bərpa etmək və iqtisadi inkişafı sürətləndirmək məqsədilə “Martakert” rayonunun “Getavan” kəndi ərazisində tikiləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Saxta prezident SES tikilməsinin hansı ehtiyacdan yarandığını bu sözlərlə izah edib:

“2020-ci ildə Türkiyə-Azərbaycan təcavüzündən əvvəl Artsax özünü enerji ilə təmin edirdi və hətta müəyyən miqdarda elektrik enerjisi ixrac edirdi. Müharibədən sonra enerji potensialımızın böyük bir hissəsi Artsaxın ələ keçirilmiş ərazilərində qaldı və Artsax ixracatçıdan idxalçıya çevrildi.”

Qeyd edək ki, layihə üçün “Artsax” İnvestisiya Fondundan 25 milyon dollar vəsait ayrılıb. Arayik Arutyunyan maraqlı investorları işbirliyinə dəvət edib.

Kənan Bahadur / KAİM.az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button