QAFQAZ XƏBƏRLƏRİ
Daha 6 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 6 erməni hərbçinin cəsədi tapılıb.
“Kainat” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Cəsədlərdən 3-ü Füzulidə, 3-ü Xocavənddə həyata keçirilən axtarış əməliyyatı zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 629-a çatıb.
Mənbə
KAİM.AZ