Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Erməni “deputat” PAŞİNYANA SƏSLƏNDİ: “Qarabağda Azərbaycan bayrağını görüb DƏLİ OLURAM”

“Xankəndidən çıxdıqdan sonra hər yerdə Azərbaycan bayrağı görüb dəli olursan.”

KAİM.az xəbər verir ki, bu sözləri erməni seperatçı rejiminin saxta “Artsax” Milli Assambleyasına məxsus Ədalət fraksiyasının “deputat”ı Metaqse Akopyan “Facebook” səhifəsində paylaşdığı postda qeyd edib.

O, sözlərinə belə davam edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Yollarda rahat-rahat böyürtkən yeyən azərbaycanlıları görürəm. Şuşa tamamilə məhv edilir və dəyişdirilir. Şuşanın havası və ruhu bir daha geri gəlməyəcək. Bunu anladığım zaman əzab çəkirəm. Qazançetsots katedralı yavaş-yavaş yox olur.”

“Deputat” Meqatse Akopyan Arayik Arutyunyan və Nikol Paşinyanı da sərt tənqid edib.

“Və siz Arayik və Nikol… çəkicinizi boş yerə yelləyərək insanları aldatmağa davam edirsiniz. Elə bilirsiniz ki, qurtuluşunuz olacaq”

Kənan Bahadur / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button