Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

“Gürcüstanın səhiyyəsi buna tab gətirməyə bilər”

“Gürcüstanın səhiyyə sistemi yaranmış vəziyyətə tab gətirməyə və koronavirusa yoluxmuş xəstə axınının qəfil artmasının öhdəsindən gəlməyə bilər”. 

“Kainat” xəbər verir ki, bunu Gürcüstanın Baş infeksionisti Tengiz Çerçvadze deyib. Onun sözlərinə görə, ölkədə aktiv yoluxma halları 33 mini ötüb:

“Bu ölkənin səhiyyə sistemi üçün böyük yükdür. Səhiyyə sistemi sadəcə buna tab gətirməyə bilər. Yalnız bütün qayda və tövsiyyələrə dəqiq riayət etməklə yaranmış çətin vəziyyətin öhdəsindən gəlmək olar”.

T. Çerçvadze həmçinin əlavə edib ki, “Delta” ştammı ölkədə fəal olaraq dövr edir və vəziyyət getdikcə ciddi xarakter almağa başlayır. O həmçinin bildirib ki, ölkə noyabr-dekabr aylarında qeydə aldığı rekord göstəricilərə yaxınlaşır.

Qeyd edək ki, Gürcüstanda hazırda “Delta”, “Britaniya” və “Delta plus” ştammları qeydə alınıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button