SON DƏQİQƏ! Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT – BU DƏFƏ DAHA BETƏR BİABIR OLDULAR

Ermənistan hökuməti Azərbaycan əsgərlərinə qarşı növbəti təxribatçı iddia ilə çıxış edib.
KAİM.az xəbər verir ki, Ermənistan ombudsmanı Arman Tatoyan öz Facebook səhifəsində post paylaşaraq ordumuzu mal-qara oğurluğu ilə ittiham edib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Sunik vilayəti, Kapan cəbhəsi və Davit Bek kəndlərində yaşayan 3 erməni ailəsinə məxsus 8 inək və 1 öküzü oğurlayıb. 26 iyulda isə iki ailəyə məxsus daha 4 inək kənd camaatına məxsus otlaqdan oğurlanaraq hərbi hissələrə aparılıb.
İddiaya görə, bu barədə obmudsmana kənd əhalisi tərəfindən məlumat verilib. Guya, Azərbaycan əsgərləri sərhədə yaxınlaşan heyvanları geri dönməsinə imkan vermədən ələ keçirib.
Hadisə barədə dərhal Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinə və rus sülhməramlılarına şikayət edilib.
Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar heç bir nəticə verməyib və hərbçilərimiz bu iddiaların əsassız olduğunu bildirib.
Görünən odur ki, baş verən hadisələr cılız erməni təxribatlarının gülməli ünsürlərindən biridir. Azərbaycan bayrağının şanlı ordumuzun geri aldığı və qoruduğu tarixi torpaqlarımızda dalğalanmasını həzm edə bilməyən Ermənistan müxtəlif bəhanələrlə zəfərimizə kölgə salmaq və dünya dövlətlərinin gözünə pərdə asmaq niyyətindədir.
Gerçək odur ki, onların “təhlükəsiz zona” tələbi və qoşunlarımızın həmin torpaqlardan geri çəkilməsi arzusu sadəcə xülyadır.
Kənan Bahadur / KAİM.az