Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

ABŞ Gürcüstana 30 milyonluq raket sistemləri verəcək

ABŞ əldə olunmuş razılığa əsasən Gürcüstana ümumi dəyəri 30 milyon dollar təşkil edən tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemləri verəcək.

“Kainat” xəbər verir ki, bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, müqavilənin şərtləri Dövlət Departamenti ilə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi arasında ziddiyyət təşkil etmir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd olunur ki, “Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, ölkənin tank əleyhinə potensialını artıracaq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək.

Agentlikdən bildirilib ki, “Javelin” raket sistemləri “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb.

“Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətinə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button