Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan mövqelərimizi atəşə tutdu

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

“Kainat” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Loading...
Yazının davamı reklamdan sonra

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button