QAFQAZ XƏBƏRLƏRİ
Krasnoyarskda evləri tüstü basdı

Rusiyada meşə yanğınlarının tüstüsü Krasnoyarska çatıb.
“Kainat” xəbər verir ki, bu haqda məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin Mətbuat xidməti yayıb.
Qeyd olunur ki, ümumilikdə Krasnoyarsk diyarında 400-ə yaxın yaşayış məntəqəsi tüstünün təsirinə məruz qalıb.
Bildirilir ki, buna səbəb Krasnoyarsk diyarında, İrkutsk vilayətində və Saxa Respublikasında (Yakutiya) hazırda davam edən meşə yanğınlarıdır.
Mənbə
KAİM.AZ