Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistanın hərbi kəşfiyyatına yeni rəis təyin edildi

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrində kadr dəyişikliyi edib.

“Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini təyin olunub. 

Araik Arutyunyan eyni zamanda 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilib. Bununla yanaşı, Vaqram Qriqoryan 2-ci ordu korpusunun komandiri təyin olunub. 

Loading...
Yazının davamı reklamdan sonra

A.Sarkisyanın digər bir sərəncamı ilə general-mayor Arakel Martikyan hərbi kəşfiyyatın rəisi vəzifəsindən azad edilib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button