Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Yerəvanda təcili toplantı: Separatçı rejimin liderləri Paşinyandan izahat tələb edir

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin sabiq “liderləri” Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək məqsədilə təcili şəkildə Yerevana gedib.

KAİM.az Trend-ə istinadən məlumatına görə, tərəflər döyüş zonasındakı vəziyyəti müzakirə ediblər.

Erməni mətbuatı yazır ki, A.Qukasyan və B.Saakyan Yerevana baş nazirin bir gün əvvəl bir sıra partiya nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə əlaqədar narahatlığın bildirmək üçün yola düşüb.

Loading...
Yazının davamı reklamdan sonra

Həmin görüş zamanı hansı fikirlərin səsləndirildiyi barədə məlumat verilməyib.

N.Paşinyanın mətbuat katibi separatçıların görüşü barədə məlumatı olmadığını desə də, jurnalistlər onların hökumət binasından çıxmasını görüntüyə alıb.

Milli.Az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button