Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Şabranda “Opel” Samur-Abşeron kanalına aşdı, ölən var

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə “Kainat” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Gəndov kəndində “Opel” markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub.

Loading...
Yazının davamı reklamdan sonra

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button