Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Azərbaycanlı yumorist Moskvada həbs edilib

Moskvanın Taqan rayon məhkəməsi azərbaycanlı məşhur yumorist İdrak Mirzəlizadənin həbs olunması ilə bağlı qərar qəbul edib.

“Kainat” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Sergey Badamşin açıqlayıb. Qeyd olunur ki, İ.Mirzəlizadə çıxışında ruslarla bağlı etdiyi zarafata görə 10 sutkalıq həbs edilib. 

İdrak Mirzəlizadə öz növbəsində məsələ ilə bağlı məyus olduğunu qeyd edib və əlavə edib ki, onun səsləndirdiyi zarafatlar ksenofobiya xarakteri daşımayıb. 

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, iyun ayının sonlarında İ. Mirzəlizadəyə Moskva şəhərində döyülüb. Yumorist bu hücumun səbəbini onun “Разгоны” verilişində səsləndirdiyi zarafatlarla bağlı olduğunu əlaqəlandirib. Veriliş yayımlandıqdan sonra müxtəlif KİV də yumoristi tənqid etməyə başlayıb. Mirzəlizadə isə bütün bu tənqidlərə cavab olaraq bildirib ki, cümlələr verilişin məzmunundan kəsilib və bu səbəbdən də tamaşaçılar onu düzgün anlamayıb.

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button