Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstanda koronavirusdan 1 sutkada 54 nəfər ölüb

Gürcüstanda koronavirusa yoluxma halları sürətlə artmağa davam edir.

“Kainat” ölkənin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinə istinadən xəbər verir ki, Gürcüstanda ötən sutka 5697 yeni yoluxma halı aşkar olunub.

Məlumata əsasən, son sutkada 54 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. 

Loading...
Yazının davamı reklamdan sonra

Mərkəz qeyd edir ki, bu yoluxma sayı 2020-ci il fevralın 26-sından ölkədə koronavirus yayılmağa başlayandan bu yana qeydə alınan ən yüksək göstəricidir. 

Qeyd edək ki, ölkədəki gərgin vəziyyətə baxmayaraq ölkə rəhbərliyi hələ ki tam qapanmaya getmək və sərhədləri bağlamaq niyyətində deyil.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button