Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Rusiyada helikopter düşdü, aparıcı xilas edildi — Yenilənib + Video

Rusiyanın Kamçatka diyarının ərazisində turistlərin olduğu helikopter düşüb.

Bu barədə “Kainat” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, helikopter Kuril gölünə düşüb. Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub – 13 turist və 3 ekipaj üzvü. 

Loading...
Yazının davamı reklamdan sonra

Bölgənin Səhiyyə Nazirliyində neçə nəfərin öldüyü və sağ qaldığı barədə rəsmi məlumat yoxdur.

Fövqəladə xidmətlərdən isə “RİA Novosti”yə bildirilib ki, hadisədən sonra 7 nəfər xilas edilib.

***

Aparıcı və iqtisadçı Nikolay Korjenevski də Mi-8 helikopterinin göyərtəsində olub.

Bu barədə TASS-a fövqəladə xidmətlərdən bildirilib.

Məlumata görə, jurnalist sağ qalıb və xilas edilib.

Qeyd edək ki, N. Korjenevski “Rossiya-24” telekanalında xəbər aparıcısıdır, daha əvvəl “Ekonomika. Kurs dnya” proqramını təqdim edib.

***

Axtarış-xilasetmə əməliyyatları nəticəsində 8 nəfər xilas edilib.

Onlar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button