Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Hava hücumundan müdafiə bölmələrinin təlimlərindən — Video

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir. 

Müdafiə Nazirliyindən “Kainat”ya verilən məlumata görə, çətin dağlıq şəraitdə döyüş növbətçiliyi aparan zenitçilər bilik və bacarıqlarını praktiki atışlarda nümayiş etdirirlər.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb edir. Bu məqsədlə bölmələrin qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq məhv etməsi və çətin dağlıq şəraitdə yerdəyişməsi məşq etdirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Təlimə cəlb olunan pilotsuz uçuş aparatlarının aşkar olunması, müşayiət və məhv edilməsi üzrə heyətlərin bacarıqları pilotsuz uçuş aparatlarının praktiki fəaliyyəti ilə yoxlanılır.

Qurğu heyətlərinin yerüstü hədəflərə praktiki atışları ilə təlimlər davam edir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button