Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

“Rusiya Əfqanıstana qoşun YERİTMƏYƏCƏK” – Patruşev

Rusiya hərbi kontingentinin Əfqanıstana daxil olması üçün heç bir şərt yoxdur, Rusiya hakimiyyəti ölkədə xalqın iradəsinə söykənəcək və firavan dövlət quracaq qüvvələrlə dialoqa hazırdır.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya, ilk növbədə, siyasi-diplomatik səylərə diqqət yetirəcək, tərəfdaşlarla birlikdə daxili əfqan dialoqunun qurulması və ölkədə mövcud problemlərin sülh yolu ilə həlli yollarını axtaracaq.

Loading...
Yazının davamı reklamdan sonra

“Bu məqsədlə, xüsusilə Əfqanıstanla bağlı Moskva məsləhətləşmələr formatı yaradılıb və bu format uğurla fəaliyyət göstərir. Bundan başqa, BMT-nin Əfqanıstanın nizamlanması üzrə beynəlxalq səylərdə əlaqələndirici roluna da böyük əhəmiyyət veririk”, – N. Patruşey əlavə edib.

Patruşev vurğulayıb ki, Rusiya dinc, vahid, inkişaf edən Əfqanıstanda maraqlıdır.

“Biz Əfqanıstan xalqının iradəsinə söykənən, onların istəklərini yerinə yetirəcək və ölkəni güclü və çiçəklənən dövlətə çevirmək üçün çalışacaq qüvvələrlə dialoq qurmağa hazırıq”, – katib deyib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button