Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Qaxda ağacı ildırım vurdu, yanğın baş verdi

Qaxda ağacı ildırım vurması nəticəsində yanğın baş verib.

“Kainat” xəbər verir ki, yanğın səhər saat 07:00 radələrində Qax rayonunun Güllük kəndində yüksək dağlıq-meşəlik ərazidə qedə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyəti, yerli sakinlər cəlb edilib.

Loading...
Yazının davamı reklamdan sonra

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında həmin ərazidə olan irigövdəli ağacı ildırım vurmasıdır. Kənd sakinlərin dediyinə görə, gecə saatlarında ərazidə qismən tüstülənmə olub, səhər saatlarında isə yanğın baş verib.

Hazırda yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.

Mübariz Muradov

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button