Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstanda yeni məhdudiyyətlər qüvvəyə mindi

Gürcüstan ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq edir.

“Kainat” Gürcüstanın KİV-nə istinadən xəbər verir ki, bu gündən etibarən ölkədə kafe və restoranlar 22:00-a kimi fəaliyyət göstərəcək.

Bu yeni qərardan əvvəl kafe və restoranlara 23:00-a kimi müştərilərə xidmət göstərməyə icazə verilirdi. 

Loading...
Yazının davamı reklamdan sonra

Bununla yanaşı, idman tədbirlərinin azarkeşsiz keçirilməsi ilə bağlı da qərar verilib. 

Qeyd edək ki, avqustun 14-dən başlayaraq Gürcüstanda festivalların, əyləncəli tədbirlərin, konsert və idman yarışlarının keçirilməsinə qadağa qoyulub.

Bununla yanaşı, Tbilisi, Batumi, Kutaisi və Rustavi kimi şəhərlərdə avqustun 14-dən sentyabrın 4-nə kimi ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button