Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan parlamentində növbəti dava — Yenilənib+Video

Ermənistan parlamentində yenidən dava düşüb.

“Kainat” xəbər verir ki, parlamentin bu gün keçirilən iclası zamanı müxalifət və dövlət tərəfdaşı olan millət vəkilləri arasında dava başlayıb.

Məlumata əsasən, “Vətəndaş müqaviləsi” partiyasından olan millət vəkili Hayk Sarkisyan parlamentdə çıxışı zamanı Ermənistanın keçmiş müdafiə nazirlərinin işini tənqid edib. Bunun ardınca millət vəkilləri arasında mübahisə yaranıb və daha sonradan davaya çevrilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, dünən də parlamentdə erməni millət vəkilləri və parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava olub

***

Parlamentin iclasında yaşanan davadan sonra fasilə elan olunub. Lakin fasilədən sonra da insident baş verib və növbəti dəfə parlamentin iclası dayandırılıb. Belə ki, iclas zamanı parlamentin iqtisadi məsələlər üzrə komissiyasının rəhbəri, müxalif “Ermənistan” blokundan olan millət vəkili Vaqe Hakopyanın çıxışı zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputatlar ona mane olublar. Tərəflər arasında baş vermiş mübahisə daha sonradan davaya çevrilib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button