Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstan peyvənd yaşını 12-yə endirir

“Gürcüstanda 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına yaxın vaxtlarda başlayacaq”.

“Kainat” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib. Onun sözlərinə görə, Vaksinasiya Komitəsi bu məsələni nəzərdən keçirəcək və 2-3 həftədən sonra qərar qəbul ediləcək. 

T.Qabuniya həmçinin bildirib ki, 12 yaşdan yuxarı uşaqların koronavirus əleyhinə peyvənd olunması valideynlərin istəyi və qərarı əsasında həyata keçiriləcək. 

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, hazırda Gürcüstanda COVİD-19 əleyhinə peyvənd 16 yaşdan başlayır. Bu yeniyetmələrə Pfizer vaksini vurulur. 18 yaşdan yuxarı vətəndaşlar isə Sinopharm, Sinovac və yaxud Pfizer vaksinləri arasında seçim edə bilər. AstraZeneca vaksini isə yalnızca 45 yaşdan yuxarı vətəndaşlara vurulur.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button