Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Son dəqiqə: Ermənistanın 3-cü ordu korpusunda əsgərlər və muzdlular qiyam qaldırdı

Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib. Bu barədə Musavat.com-a məlumat daxil olub. Məlumata əsasəb, bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.  

Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar)  kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər.  Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün polka gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbəmiz bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.
Xatırladırıq ki, Azərbaycan ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verməyə hazırdır. Bu, dəfələrlə elan edilib.

Əlavə məlumat veriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button