Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənilərə Rusiyanın son dərsi – Moskva Paşinyanın göz yaşlarına inanmır

Rusiya sülhməramlılarının yerləşdirilməsi Dağlıq Qarabağdakı münaqişənin “optimal həlli” ola bilər.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan cümə günü “The Daily Telegraph” qəzetinə verdiyi müsahibəsində deyib.

“Mən Rusiya sülhməramlılarını münaqişə zonasına gətirməyin tərəfdarıyam” deyib Paşinyan.

Loading...
Yazının davamı reklamdan sonra

“Ancaq problem ondadır ki, münaqişə zonasında Rusiya Federasiyasından sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycan tərəfindən də təsdiqlənməlidir” bildirib.

Baş nazirin fikrincə, Avropa Türkiyənin Azərbaycana verdiyi dəstəyin sona çatması üçün daha çox səy göstərməlidir.

Haşiyə: Paşinyan yəqin cəbhədən pis xəbərlər aldığından saman çöpü kimi yenə də Rusiyadan yapışmaq istəyir. Ancaq çox gecdir, dalğa o çöpü çoxdan Şuşa qalasına gətirib.

Babək Göyüş                       

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button