Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistanın yeni XİN rəhbəri Moskvaya getdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri başlayıb.

“Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səfər avqustun 31-nə kimi davam edəcək.

Məlumata əsasən, Ararat Mirzoyan Moskvaya səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdən sonra tərəflərin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi gözlənilir. 

Bununla yanaşı, A.Mirzoyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas ilə də görüşü nəzərdə tutulub.

Bildirilir ki, Mirzoyanın keçirəcəyi görüşlərdə bir sıra məsələlərlə yanaşı, Qarabağ da müzakirə ediləcək.

Bu, Ermənistan XİN başçısının bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.

Qeyd edək ki, A. Mirzoyan Ermənistan parlamentinin keçmiş sədridir. O, cari ilin iyulunda ölkənin XİN rəhbəri təyin olunub.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button