QAFQAZ XƏBƏRLƏRİ
Ermənilər “müstəqillik günü” təxribata ƏL ATA BİLƏR: Sentyabrın ilk həftəsində Qarabağda TOQQUŞMA GÖZLƏNİLİR

Zakir Həsənov orduya “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmrini verdi.
KAİM.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Müdafiə nazirinin əmrini belə şərh edib:
“Bundan öncə də eyni səpkili göstərişlər vermişdi. Lakin bu dəfə diqqətçəkən iki məqam var:
- Həsənov Türkiyədə Hulusi Akarla görüşdü və Qarabağdakı vəziyyəti də müzakirə etdi.
– istisna deyil ki, Bakı və Ankara erməni terrorçulara qarşı atılacaq mümkün addımlara və hərbi planlara qərar verib;
- Əmr sentyabrın 2-dən – erməni separatçı-terrorçuların qondarma “müstəqillik günü” keçirəcəyi tarixdən öncə verildi.
– Bakı ordunu mümkün siyasi və hərbi təxribatlara hazır vəziyyətə gətirir;
Sentyabrın ilk həftəsində erməni təxribatının genişlənəcəyi də istisna deyil”. // Kanal.az