Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstanda günlük yoluxmada rekord

Gürcüstanda ötən sutka ərzində koronavirusa 4778 yeni yoluxma halı qeydə alınıb.

“Kainat” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Qeyd olunur ki, son 24 saat ərzində qonşu ölkədə 79 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib, 4753 nəfər isə sağalıb.

“StopCov” saytının məlumatına əsasən, pandemiya başlayandan bu günə qədər Gürcüstanda ümumilikdə 549 811 yoluxma halı qeydə alınıb. Bununla yanaşı, pandemiya dövründə 493 414 nəfər koronavirusdan sağalıb, 7408 nəfər dünyasını dəyişib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button