Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Lavrov Mirzoyanla Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada işgüzar səfərdə olan erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

“Kainat” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı hər iki ölkə arasında münasibətlərin və bu əlaqələrin gələcək inkişafını müzakirə ediblər.

Qarabağ məsələsinə toxunan Lavrov qeyd edib ki, bu barədə Prezidentlər (Azərbaycan və Rusiya – red.) və Ermənistanın Baş naziri ilə birbaşa müzakirə edilən bir sıra məsələlər var.

“Üç ölkənin hərbçiləri və sərhədçilərinin gündəlik əsasda həll etdiyi məsələlər var. Regional kommunikasiyaların blokadadan çıxarılması üzrə vitse-prezidentlər səviyyəsində üçtərəfli içşi qrupu mexanizmi də öz funksiyalarını yerinə yetirir”, – deyə Lavrov qeyd edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button