Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Polkovnik Avetisyan Putini hədələdi: “O, gedəcək, bu oyunu təşkil edən odur”

Ermənistanın yüksək rütbəli hərbçilərindən biri, Qarabağdakı işğal ordusunun polkovniki Volodya Avetisyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın işğal etdiyi 7 Azərbaycan rayonunun işğaldan azad edilməsinin zəruriliyi barədə bu yaxınlardakı çıxışını şərh edib.

KAİM.az onun lragir.am saytına verdiyi müsahibəyə istinadən bildirir ki, Rusiyanın ali siyasi rəhbərliyinin, o cümlədən Vladimir Putinin ünvanına xoşagəlməz ittihamlar Ermənistan ordusundakı əhval-ruhiyyənin və ali komandanlıq heyətinin Rusiyaya münasibətinin göstəricisidir.

“Bu, qəbuledilməzdir, heç bir rayon, bir qarış belə torpaq vermək olmaz. Biz o torpaqları azad etmişdik. Onlar min illərlə ermənilərin olub. Putin və başqaları gələcək və gedəcəklər, bu oyunları təşkil edən onlar idi, lakin onlar gedəcək, biz isə qalacaq və torpağımızı qoruyacağıq”, – deyə V. Avetisyan açıqlamasında vurğulayıb. virtualaz.org

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button