Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Qarabağdakı rus sülhməramlıların komandanı o təyin olundu

General-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə təyin olunub.

“Kainat” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, Ermənistanın müdafiə naziri Arşak Karapetyan rus sülhməramlıların yeni komandiri Mixail Kosobok ilə görüşüb. Həmçinin qeyd olunub ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarov da görüşdə iştirak edib.

Qeyd edək ki, bir nüçə gün əvvəl Mixail Kosobokovun adı Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə əsas namizəd olaraq hallanırdı. Mixail Kosobokov əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb. O, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Xatırladaq ki, hələ may ayında rotasiya qaydalarına əsasən, Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, Muradov o zaman öz vəzifəsində qalmışdı.


Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button