Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı

Kvarelidə “Gürcüstan bankı”na hücum edərək insanları girov götürən silahlı şəxs üç saatdan çox davam edən əməliyyat nəticəsində saxlanılıb.

“Kainat” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili jurnalistlərə məlumat verib:

“Bir neçə saat davam edən xüsusi əməliyyat uğurla başa çatdı. DİN əməkdaşları insanları girov götürən şəxsi zərəsizləşdirərək saxlayıb. Bütün girovlar azadlıqdadır, onların səhhəti ilə bağlı hər hansı problem yoxdur. Faktla bağlı istintaq davam etdirilir”.

Kovziaşvilinin sözlərinə görə, DİN yaxın vaxtlarda hadisənin təfərrüatı ilə bağlı rəsmi açıqlama yayacaq. Hazırda polis, kriminalistlər və xüsusi təyinatlılar hadisə yerindədirlər.

Gürcüstanda bankda girov götürülən şəxslər sərbəst buraxıldı – Video + Yenilənib

Xatırladaq ki, bu gün üzündə maska və əlində qumbara olan naməlum şəxs “Gürcüstan bankı”na basqın edərək 15-dək insanı girov götürüb. Hadisədən 2 saat sonra girovlar azadlığa buraxılıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button